AZ

Mers: Ukraynanın kapitulyasiyası Rusiyaya yeni müharibəyə hazırlaşmaq imkanı verəcək

Almaniya kansleri Fridrix Mers bəyan edib ki, Berlin Ukrayna ilə Rusiya arasında sülhün hər hansı şərtlərlə əldə olunmasını dəstəkləmir. Bu barədə The Guardian məlumat yayıb.

Editor.az xəbər verir ki, siyasətçinin sözlərinə görə, Ukraynanın kapitulyasiyası uzunmüddətli sülh gətirməyəcək, əksinə, Moskvaya qüvvələrini bərpa etmək və yeni təcavüzə hazırlaşmaq üçün vaxt qazandıracaq.

“Biz Ukraynanın kapitulyasiyasını istəmirik. Belə bir addım Rusiyanın xeyrinə olar və Vladimir Putin bu fürsətdən növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edər. Müharibəni dayandırmaq vacibdir, lakin hər hansı qiymətə yox”, — deyə Mers vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr