Azərbaycan üçün strateji tərəfdaş ölkələrdən biri olan Rusiya ilə qarşılıqlı əlaqələr daim diqqət mərkəzində saxlanılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında səsləndirib.
O, cari il avqustun 22-də Həştərxan şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclasının keçirildiyini xatırladaraq bildirib: “İclasda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Azərbaycan-Rusiya münasibətlərində intensiv dialoq formatı tərəflər arasında sabit və uzunmüddətli tərəfdaşlığın təmin olunmasına xidmət edir”.