
"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" Bakıda Macarıstanın "Ferentsvaroş" klubuna 2:3 hesabı ilə məğlub olub.
Musavat.com xəbər verir ki, buna baxmayaraq, Ağdam təmsilçisi iki görüşün ümumi nəticəsinə əsasən (5:4) tarix yazaraq ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
Bu qələbə Azərbaycan futbolu üçün yeni səhifə, "Qarabağ" üçün isə Avropada atılan daha bir böyük addım kimi qiymətləndirilir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda beşinci qol qeydə alınıb.
Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda hesabda önə çıxıb.
82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsini dəqiq yerinə yetirərək Macarıstan təmsilçisini irəli çıxarıb.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyunu davam edir.
Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi ikinci dəfə fərqlənib. Bununla da hesab 2:1 olub və "Qarabağ" önə keçib.
İlk yarı "Qarabağ"ın üstünlüyü ilə yekunlaşıb.
***
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab bərabərləşib.
Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün 25-ci dəqiqəsində Ağdam klubunun futbolçusu Leandro Andrade fərqlənib. Onun qolu sayəsində "Qarabağ" hesabı 1:1 edib və matçda tarazlığı bərpa edib.
Qeyd edək ki, qarşılaşma Bakı şəhərində minlərlə azarkeşin iştirakı ilə davam edir.
***
Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksəlmək üçün keçirilən cavab matçında Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanın "Ferentsvaroş" komandası ilə üz-üzə gəlir.
Musavat.com xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürüb.