AZ

Gəncədə avtomobillər toqquşdu - Xəsarət alanlar var

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var. 

News24.az "Report"a istinadən xəbər verir ki,  yol qəzası şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü A. Nəsibova, 1984-cü il təvəllüdlü P. Nəsibov və 1984-cü il təvəllüdlü V. Məmmədov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
81
3
news24.az

4Mənbələr