AZ

COP29 İqlim Dəyişmələri üzrə İkinci Yay Düşərgəsinin iştirakçıları Şamaxı Cümə məscidini ziyarət ediblər

Şamaxı şəhərində keçirilən COP29 İqlim Dəyişmələri üzrə İkinci Yay Düşərgəsində növbəti gün başa çatıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə CEE (“Centre for Environment Education”) tərəfindən məktəb kontekstində iqlim fəaliyyətinin anlaşılması, real hadisə ssenariləri üzərindən iqlim bərabərliyi və ədaləti mövzularında təlim sessiyaları keçirilib.

Sonra beynəlxalq iqlim razılaşmalarının danışıqlar prosesini təcrübədən keçirmək, müxtəlif ölkələrin baxış bucaqlarını anlamaq və iqlim ədalətini araşdırmaq məqsədilə “COP – İqlim gələcəyimiz üzrə danışıqlar” mövzusunda simulyasiya keçirilib.

Simulyasiyadan sonra iqlim dəyişikliyi təhsilində kommunikasiya rolunun izahı mövzusunda enercayzer təşkil edilib.

Ardınca BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən iqlim dəyişikliyinin uşaqlara təsiri mövzusunda onlayn təlim keçirilib.

Tədbir iqlimə davamlılıq və məktəb mühitində təhlükəsizlik, “ekoməktəb”, şagirdlərin iqlim savadlılığı və liderliyini inkişaf etdirmək üçün ən yaxşı təcrübələrin paylaşılması, ən uğurlu sinif dizaynı və pedaqoji metodların müəyyənləşdirilməsi mövzularında keçirilən təlimlərlə davam edib.

Günün sonunda düşərgə iştirakçılarının Cümə məscidinə ziyarəti təşkil edilib.

Seçilən
13
2
azerbaijan-news.az

3Mənbələr