
“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!”
Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkə hesabında Prezident İlham Əliyev yazıb.
Ölkə başçısı “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşlərini təbrik edib.
Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
— İlham Əliyev (@azpresident) August 27, 2025
“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm! pic.twitter.com/h10MjVm5UD