AZ

Avroliqa: “Brann” darmadağınla Liqa mərhələsində!

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Səfərdə Kipr təmsilçisi AEK (Larnaka) ilə üz-üzə gəlmiş “Brann” (Norveç) darmadağına sevinərək Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Avroliqada pley-off mərhələsinin qalan cavab oyunları avqustun 28-də keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunları

27 avqust

AEK (Larnaka, Kipr) – “Brann” (Norveç) 0:4 (ilk oyun 1:2)

28 avqust

19:00. KuPS (Finlandiya) – “Midtyulland” (Danimarka) (0:4)
20:30. “Siqma” (Çexiya) – “Malmö” (İsveç) (0:3)
21:00. “Samsunspor” (Türkiyə) – “Panatinaikos” (Yunanıstan) (1:2)
21:30. “Ludoqorets” (Bolqarıstan) – “Şkendiya” (Şimali Makedoniya) (1:2)
21:30. PAOK (Yunanıstan) – “Riyeka” (Xorvatiya) (0:1)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) (1:3)
22:00. “Genk” (Belçika) – “Lex” (Polşa) (5:1)
22:00. “Utrext” (Niderland) – “Zrinski” (Bosniya və Herseqovina) (2:0)
22:00. “Yanq Boyz” (İsveçrə) – “Slovan” (Slovakiya) (1:0)
22:30. Styaua (Rumıniya) – “Aberdin” (Şotlandiya) (2:2)
23:00. “Braqa” (Portuqaliya) – “Linkoln” (Cəbəllütariq) (4:0)

Seçilən
32
1
arena.az

10Mənbələr