Bakı. Trend:
Kişi basketbolçuları arasında Avropa çempionatı startgötürüb.
Trend-in məlumatına görə, A qrupunda yer alan Türkiyə millisiturnirin ev sahiblərindən olan Latviya ilə qarşılaşıb.
Riqa şəhərində yerləşən “Arena Riqa”da oynanılan matç“ay-ulduzlular”ın 93:73 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyə yığması ikinci görüşünü avqustun 29-da Çexiyaya qarşıkeçirəcək.
Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa vəLatviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekunvurulacaq.