AZ

Rusiya qüvvələri Dnepropetrovsk vilayətində möhkəmlənməyə cəhd edib

Rusiya hərbçiləri Dnepropetrovsk vilayətinin Zaporojskoye və Novoqorqeviç kəndlərində möhkəmlənməyə cəhd göstərib.

Editor.az xəbər verir ki, bu barədə “Dnepr” operativ-strateji qrupunun nümayəndəsi Viktor Trequbov məlumat verib.

Onun sözlərinə görə, rus hərbçiləri iki kiçik qrup – səkkiz və on beş nəfərlə kəndlərə daxil olub və mövqelərini saxlamağa çalışıblar. Ukrayna qüvvələri onların hücumunu dəf etsə də, döyüşlər hələ də davam edir.

“Görünür, möhkəmlənmək onlara müvəffəq olmayıb, lakin cəhdlərini davam etdirirlər. Təhlükəli məqam isə odur ki, artıq kəndlərin kənarında deyil, birbaşa yaşayış məntəqələrinin içində mövqe tutmağa çalışırlar”, – Trequbov qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr