AZ

“Stadionla bağlı şərh vermək mənim işim deyil” - Robbi Kin

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhəkəsinin cavab oyununda “Ferentsvaroş”a məğlub oldu - 2:3.
Oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Robbi Kin jurnalistlərin suallarını cavablayıb.
– Kin və komandası ilk oyundan sonra Bakıda keçiriləcək oyun haqda çox iddialı danışırdı. Bu sizin üslubunuz idi, yoxsa həqiqətən də mərhələ keçəcəyinizə inanırdınız?

– Mən xatırlamıram ki, “udacağam” demişəm, inanmıram. Mən “qalib gələcəyik” desəydim, bu qürurlu olardı. Futbolçularıma və qələbə qazanmaq potensialımıza inanırdıq. Bir qolla uduzduq. Bu nailiyyətə görə “Qarabağ”ı təbrik edirəm. Yaxşı komandaya qarşı məğlub olduq. Hədəfə doğru irəlilədik, təəssüf ki, istədiyimiz alınmadı.



– Bəlkə yaxşı sual deyil. Emosiyalarınızı necə ifadə edərdiniz?

– Məğlub olmağı sevmirəm. Məğlub olmaq baş məşqçi üçün çox ağırdır. Emosiyalarım normal idi. Bir oyun qurtardı. Oyunçular da əllərindən gələni etdilər. Mübarizə aparmaq lazımdır, mən də bunu istəyirəm. Bu da idmandır. Axmaqcasına qollar buraxdıq. Bəzi hallarda rəqibə hədiyyə verdik.



– Kadi yaxşı futbolçudu. Onunla çox vaxt keçirə bilmədiniz?

– Biz cəmi iki həftə birgə olduq. Kifayət qədər vaxtım olmadı onunla tanış olmağa. Bizim də kifayət qədər yaxşı futbolçularımız var. Mən Kadiyə uğurlar arzulayıram.



– Hərəkətləriniz rəqibi qıcıqlandırdığını düşünmürsünüz?

– Ciddi soruşursunuz? Belə standart var? Bizdə nadir hallarda belə vəziyyət olur. Siz futbolçulara və “Qarabağ”ın baş məşqçisinə baxıb hərəkət edirdiniz. Əlbəttə, emosional olmalıyam. Qol vururuq. Siz də qol vuranda qeyd edirdiniz. Sizin məşqçiniz qolu qeyd etmirdi? Məşqçi robot olmalıdır? Mübarizə aparmalıyıq. Həm oyunçular, həm baş məşqçi qolları qeyd etməlidir. Penalti olanda emosional davranmadım. Buna fikir verdiniz? Sual verəndə ehtiyatlı olmaq lazımdır.



– Çerçesov gedir, Kin gəlir. Sizə elə gəlmirmi, “Ferentsvaroş”un “Qarabağ lənəti” var?

– Səhv etmirəmsə, ikinci dəfədi ki, qarşılaşırıq. Robbi Kin də, Çerçesov da olanda uduzduq. Bu, məşqçi ilə əlaqəli məsələ deyil. Kollektiv olaraq baxmalıyıq. Təəssüf ki, uduzduq. Futbolçularım üçün də narahatam.



– Robbi Kin və komandası özünə hörmət etməyi bacardı. Təşəkkürlər. Bu “Qarabağ” Çempionlar Liqasında nə edə bilər?

– Bu məni maraqlandırmır. Onlara uğurlar arzulayıram. Öz komandama fokuslanıram.



– Komandada nə çatmadı ki, əsas mərhələyə yüksələ bilmədiniz?

– Bəzi hallarda məsələyə geniş aspektdən baxmaq lazımdı. Büdcə məsələsi də var. Bir az bəxtimiz gətirmədi. Əslində yaxşı başlamışdıq. Burada olduğum andan bəri doğru insanlarla, doğru işlər görmüşük. Burada mentalitet də önəmlidir.



– Böyük futbol karyerası olan Robbi Kin, kiçik futbol ölkəsi olan “Qarabağ”a məğlubiyyətini necə dəyərləndirir?

– Mən karyeramda futbolçu olmuşam. Bunun karyeramla əlaqəsi yoxdur. Sıfır təsiri var. Milli komanda üçün də eyni şeyi demək olar. Hamısı oyunçularla bağlıdır. Sizin də legionerləriniz var. Bizim altı futbolçumuz milli komandada oynayır. Sizdə neçədi? Bildiyim qədərilə üç. Sizdə də legionerlər var.



– Bakı haqda təəssüratlarınız necə oldu? Gəzə bildinizmi?

– Xeyr. Oteldən gördüm. Pəncərədən. Yaxşı binalarınız var.



– Stadionun vəziyyəti oyununuza təsir etdimi?

– Biz oyunu qalib gəldik. Bizə çox təsir etmədi. Bununla bağlı stadiondan cavabdeh şəxslərlə danışmaq lazımdır. Bəzi sürüşmələr oldu. Bu sizin əraziniz idi. Mən bir də burada oynamayacağam. Bu mənim vəzifəm deyil ki, stadionla bağlı şərhlər verim.

Seçilən
79
football-plus.az

1Mənbələr