AZ

Biz də, Prezidentimiz də Qarabağı belə bir oyunda görmək istəyirdik

Ajans.az xəbər verir ki, bu sözləri Qurban Qurbanov oyundan sonra keçirilən Mətbuat Konfransında bildirib.  O, Prezident İlham Əliyevin təbrikini sevinclə qarşıladığını bildirib: "Prezident İlham Əliyev "Qarabağ"ı təbrik edib. Bunu qürur hissi ilə qarşılayıram. Bir daha gördük ki, ölkə başçısı oyunlarımızı izləyir və bizə dəstək olur. Mən də öz növbəmdə bu qələbə münasibəti ilə Prezident İlham Əliyevi və ailəsini təbrik edirəm". "Biz də, Cənab Prezidentimiz də "Qarabağ"ı belə bir böyük turnirdə görmək isəyirdik. Neçə ildir ki, böyük turnirdə Azərbaycanı görmək üçün bizim kimi o da gözləyirdi. Bir daha başda Cənab Prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bu, bir daha göstərdi ki, cənab prezidentin gözü bizim üzərimizdədir. Məsuliyyətimiz bir daha artdı."  Ajans.az həmin çıxışı sizlərə təqdim edir:

Seçilən
0
Ajans.az

1Mənbələr