AZ

"Şəfa" Küveytin elita komandasını yendi

Bu gün 1-ci Liqa təmsilçisi "Şəfa" Qəbələ toplanışı çərçivəsində 3-cü - sonuncu yoxlama oyununa çıxıb.

Fanat.Az-ın məlumatına görə, Bakı təmsilçisi Küveytin elita təmsilçilərindən olan "Əl Yarmouk" ilə üz-üzə gəlib.

Saat 17:30-da başlayan oyun 34 yaşlı Elgiz Kərəmlinin çalışdırdığı kollektivin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bakılıların qollarına Pərviz Azadov və İsmayıl Zülfüqarlı imza atıblar.

Xatırladaq ki, "Şəfa" avqustun 20-dən Qəbələdə təlim-məşq toplanışındadır. Paytaxt klubu sabah bölgədəki hazırlığını tamamlayaraq paytaxta qayıdacaq. Sözügedən kollektiv bu toplanış çərçivəsində daha öncə "Ordu" (1:0) və "Şamaxı" (1:1) ilə də sınaq matçları keçirib.

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr