AZ

ABŞ-də ayın sonunadək bayraqlar endirilib

Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma zamanı həlak olanların xatirəsinə ABŞ-nin bütün hökumət binalarında bayraqlar yarıya qədər endirilib.

News24.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp faciə qurbanlarının xatirəsini yad etmək üçün sənəd imzalayıb.

Həmin sənəddə ictimai binalar daxil olmaqla ölkədəki bütün bayraqların avqustun 31-dək endirilməsi əmr edilib.

Xatırladaq ki, məktəbdə atışma nəticəsində azı üç uşaq həlak olub, 20-yə yaxın insan yaralanıb.

Seçilən
67
1
news24.az

2Mənbələr