AZ

Argentina prezidentinin korteji daş-qalaq edildi

Argentina prezidenti Xavyer Mileyin korteji daş-qalaq edilib.

Publika.az xəbər verir ki, bu barədə "TN" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə dövlət başçısı üstü açıq limuzinlə Buenos-Ayres əyalətinin Lomas de Zamora küçəsi ilə hərəkət edərkən baş verib.

Prezident bacısı Karina ilə birlikdə hakim partiyanın deputatlığa namizədinin təbliğatını aparmaq üçün oraya gedibmiş. Maylinin siyasətindən narazı olan yerli sakinlər onun avtomobilinə daş və butulka atmağa başlayıblar. Daşlardan biri prezidentin başının yanından ötüb.

Bundan sonra küçədə Maylinin əleyhdarları ilə tərəfdarları arasında toqquşmalar başlayıb.

Təhlükəsizlik qüvvələri dövlət başçısını təcili olaraq ərazidən uzaqlaşdırıblar.

Seçilən
38
3
publika.az

6Mənbələr