AZ

Alma, armud və heyva ixracı 53 faizdən çox artdı

Azərbaycanın xarici bazarlara alma, armud və heyva ixracında artım tendensiyası davam edir.

Dogru.az  xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində ölkəmizdən 58,941.5 ton alma, armud və heyva ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 53,6 faiz çoxdur.

Məhsulların ixrac dəyərində də əhəmiyyətli artım müşahidə edilib. Qeyd olunan dövrdə xarici bazarlara ixrac olunan alma, armud və heyvanın ümumi dəyəri 41,647.7 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 62,9 faiz artım deməkdir.

DOĞRU.AZ

Seçilən
50
4
dogru.az

8Mənbələr