AZ

Prezident Ərdoğan: Türkiyə hava hücumundan müdafiədə yeni səviyyəyə çatacaq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ankara, 28 avqust, AZƏRTAC

Yerli “Çelik Kubbe” (“Polad günbəz”) sistemi sayəsində Türkiyə raket və hava hücumundan müdafiənin keyfiyyətcə yeni səviyyəsinə çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Silahlı Qüvvələrinə 47 hava hücumuna qarşı, radiolokasiya və radioelektron müdafiə vasitəsinin təhvil verilməsi mərasimində çıxışı zamanı bildirib.

Türkiyə liderinin sözlərinə görə, öz radarlarının və hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətinə məhəl qoymayan dövlətlər təhlükəsizlik problemlərinə tab gətirə və gələcəyə inamla baxa bilməyəcəklər.

“ASELSAN şirkəti tərəfindən hazırlanan “Çelik Kubbe” sistemi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Bu sistem süni intellektin dəstəyi ilə idarə olunacaq. Nəticə olaraq yerdəki yüzlərlə müxtəlif kompleks və sistem vahid hava hücumundan müdafiə orqanizmi kimi işləyəcək”, - deyə Ərdoğan qeyd edib.

Dövlət başçısı xatırladıb ki, Türkiyə müdafiə sənayesinin flaqmanı olan ASELSAN 1975-ci ildə Kiprdə sülhməramlı əməliyyatla bağlı Ankaraya qarşı tətbiq edilən məhdudiyyətlərə cavab olaraq yaradılıb.

“Əminəm ki, Türkiyə qarşıdakı yarım əsrdə nəinki öz texnologiya ehtiyaclarını ödəyən, həm də qlobal texnoloji inkişaf trendini müəyyən edən ölkələr sırasında qalacaq”, - deyə Türkiyə lideri əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
2
azertag.az

3Mənbələr