AZ

Maykl Ceksonun oğlu evlənir - FOTO

Mərhum müğənni Maykl Ceksonun böyük oğlu Prins Maykl səkkiz illik sevgilisi Molli Şirmanqa evlilik təklifi edib.

Ölkə.az xəbər verir ki, o, nişanlandığını sosial şəbəkədə sevgilisi ilə fotolarını yerləşdirərək elan edib.

"8 il geridə qaldı. Molli və mən birlikdə çox vaxt keçirdik və inanılmaz xatirələr yaşadıq. Biz dünyanı gəzdik, məzun olduq və birlikdə çox böyüdük. Böyüməyə və gözəl xatirələr yaratmağa davam etdiyimiz üçün həyatımızın bu növbəti fəsli üçün həyəcanlıyam" deyə, Maykl paylaşımında yazıb.

Fotolardan birində cütlük nənəsi - Maykl Ceksonun anası Ketrin ilə birlikdə yer alıb. Onun hazırda 95 yaşı var.

27 yaşlı Cekson müğənninin ikinci həyat yoldaşı, keçmiş tibb bacısı Debbi Roudan olan oğludur. Ceksonun Rou ilə birlikdə 28 yaşlı Paris adlı bir qızı da var. Cekson və Rou üç illik evlilikdən sonra 1999-cu ildə boşanıblar. 2002-ci ildə surroqat ana Ceksonun ikinci oğlunu dünyaya gətirib. 

Müğənninin oğulları şəxsi həyat tərzinə üstünlük verirlər. Parisin adı tez-tez tabloidlərdə görünür. O, model kimi işləyir, filmlərdə rol alır və mahnı oxuyur. O, əvvəllər aludəçiliklə mübarizə apardığını açıq şəkildə etiraf edib və bu yaxınlarda nişanlısından ayrıldığı məlum olub.(axsam.az)

Seçilən
37
olke.az

1Mənbələr