AZ

KİV: Almaniya silah və hərbçilərin daşınması üçün gizli dəmiryolu yaradıb

BAKI, 28 avqust. TELEQRAF

Almaniya Şimali Atlantika Alyansının ağır texnikası və hərbçilərini şərq cinahına təcili köçürülməsi üçün gizli hərbi dəmiryolu şəbəkəsini başa çatdırmaq üzrədir.

Teleqraf xəbər verir ki, bu barədə “Der Tagesspiegel” nəşri məlumat yayıb.

Nəşr iddia edir ki, Almaniya Kiyevin logistika səmərəliliyinin artırılması ilə bağlı müraciətlərinə cavab olaraq silah və texnikanın tədarükü üçün xüsusi dəmiryolu marşrutu yaradıb.

Məlumata görə, dəmiryolu Baltik limanlarından Ukraynanın qərb bölgələrinə qədər uzanır. Əsas daşıma operatorunun Almaniyanın “Deutsche Bahn” dəmiryolu konserni olacağı vurğulanır.

Dəmir yolunun yaradılması zamanı bütün marşrut boyu təhlükəsizlik tədbirləri gücləndirilib. Nəşr bildirir ki, bu, kritik infrastrukturu mümkün təxribatdan qorumaq üçün edilib.

Seçilən
24
teleqraf.com

1Mənbələr