"Barselona" qapıçısı İnaki Penanı icarəyə verib.
Bizim.Media xəbər verir ki, İspaniya çempionu 26 yaşlı qolkiperi "Elçe"yə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı "əlcək sahibi" 2025/2026 mövsümünü La Liqa təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, İnaki Pena "Barselona"nın yetirməsidir. Klub qapıçını icarəyə vermədən öncə onun müqaviləsini 2029-cu ilin yayına kimi uzadıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta