AZ

Qazaxıstan Avrasiyanın strateji logistika qovşağı kimi mövqeyini gücləndirir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Astana, 28 avqust, AZƏRTAC

Hazırda Qazaxıstan ərazisindən on iki beynəlxalq nəqliyyat dəhlizi, o cümlədən beş dəmir yolu və yeddi avtomobil dəhlizi keçir ki, bu da ölkənin Avrasiyada strateji logistika qovşağı kimi mövqeyini gücləndirir.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan - İordaniya biznes forumunda bildirib.

“Biz Orta Dəhliz və “Şimal-Cənub” dəhlizi də daxil olmaqla, böyük beynəlxalq nəqliyyat marşrutlarını fəal şəkildə inkişaf etdiririk. Aktau və Kurık dəniz limanları Xəzər dənizi vasitəsilə yüklərin tranzitinin təmin edilməsində mühüm rol oynayır. Keçən il biz Kurık limanında illik ötürmə qabiliyyəti 1 milyon tona qədər olan taxıl terminalını işə saldıq. Bundan əlavə, biz Aktauda konteyner qovşağı tikmişik ki, onun ötürücülük qabiliyyəti ildə 240 min konteynerdir. Biz həmçinin Əqabə limanının strateji potensialından istifadə etmək üçün birgə işə hazırıq”, - deyə dövlət başçısı vurğulayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
5
azertag.az

6Mənbələr