AZ

Böyük Britaniyada xidmət sektorunda inam azalır

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

London, 28 avqust, AZƏRTAC

Böyük Britaniyanın xidmət sektorunda biznes inamı avqust ayında əhəmiyyətli dərəcədə zəifləyib.

AZƏRTAC “Guardian”a istinadla xəbər verir ki, buna səbəb isə artan xərclər və zəif tələbin şirkətlərin gəlirlərinə mənfi təsir göstərməsi olub. Britaniya Sənaye Konfederasiyasının (CBI) xidmət sektoruna dair son sorğusu göstərib ki, şirkətlərin əksəriyyəti ilin qalan dövrünə dair nikbin deyil. Yay tətilindən sonra adətən müşahidə olunan canlanma bu il qeydə alınmayıb. Satışların azalması və xərclərin artması nəticəsində bir çox müəssisə itki ilə üzləşib. Bu isə işə qəbulun zəifləməsi və investisiya xərclərinin azaldılması ilə nəticələnib.

İstehlakçı xidmətləri üzrə şirkətlər səkkizinci ay ardıcıl olaraq mənfi proqnoz açıqlayıb. Digər bizneslərə xidmət göstərən şirkətlər isə dörd aydır fəaliyyət göstəricilərində geriləmə qeydə alıb. Ümumi biznes mühiti ilə bağlı nikbinlik də zəifləyib. CBI-nin baş iqtisadçı müavini Alpesh Paleja bildirib ki, sorğu xidmət sektorunda ümumilikdə qaranlıq mənzərə ortaya qoyub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
azertag.az

2Mənbələr