AZ

Azərbaycan və Türkiyə gənclərlə bağlı birgə layihə həyata keçirəcək - FOTO

Azərbaycanda ilk dəfə “Düşərgə Lideri” proqramı təşkil ediləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, proqram Türkiyə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Düşərgə Lideri" layihəsi əsasında baş tutacaq.
 

Liderlik bacarığına güvənən, komandaya ruh verən, gəncləri ilhamlandıra biləcəyinə inanan, eləcə də bilik və bacarıqlar qazanmaq istəyən şəxslər proqrama qoşula bilərlər.


Seçilən namizədlər üçün Azərbaycan və Türkiyədə yerli, beynəlxalq mütəxəssislərin iştirakı ilə düşərgə liderliyi, komanda idarəetməsi və kommunikasiya bacarıqları üzrə təlimlər təşkil olunacaq.

Təlimləri uğurla başa vuran namizədlərə rəsmi "Düşərgə Lideri" sertifikatı təqdim ediləcək.

Ətraflı məlumat və qeydiyyat üçün: //forms.gle/JL3cdWHapZnWHJg36 

Qeydiyyat üçün son tarix sentyabrın 1-nə qədər nəzərdə tutulub.


Bizim.Media

Seçilən
9
2
bizim.media

3Mənbələr