ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İlk olaraq azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oldular". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə deyib. Hücumçu Bakıda Macarıstanın "Ferenrsvaroş" klubuna uduzduqları (2:3) Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra açıqlama verib:"Bu, çox yaxşı hisslər. Çempionlar Liqasındayıq. Bəlkə də hər insanın həyatında tarixdə bir dəfə olan şeydir. Sevincliyik"Forvard son dönəmlərdə tənqid olunmasına münasibət bildiri: "Fikir vermirəm. Nə deyə bilərəm?"O, Çempionlar Liqasının əsas mərhələsindəki hədəflərdən də söz açıb: "Yaxşı oyun və yaxşı nəticə qazanmaq niyyətindəyik. Burada hansı rəqiblə düşməyin fərqi yoxdur"Qeyd edək ki, səfərdə rəqibi 3:1 hesabı ilə üstələyən "Qarabağ" Çempionlar Liqasında əsas mərhələyə yüksəlib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.