AZ

Associated Press: “AEBA ilə  İran arasında nüvə obyektlərinə çıxışla bağlı razılaşma gözlənilir” 

“Associated Press” Atom Enerjisi üzrə Beynəlxalq Atom Agentliyinə (AEBA) yaxın diplomatik mənbəyə istinadla xəbər verir ki, agentlik ilə İran arasında nüvə obyektlərinə çıxışa dair yeni razılaşma əldə oluna bilər. Bildirilir ki, razılaşma hələ tam yekunlaşmasa da, danışıqlarda irəliləyiş müşahidə olunur.

Mənbənin sözlərinə görə, mümkün razılaşma yalnız ABŞ və İsrailin hücumlarından təsirlənməyən obyektlərə nəzarəti əhatə edəcək.

Qeyd olunur ki, bu, son aylarda Tehranla AEBA arasında yaranmış gərgin münasibətlərdən sonra ilk müsbət irəliləyiş sayıla bilər.

Xatırladaq ki, İran ilə İsrail arasında baş vermiş 12 günlük müharibə və ABŞ-ın bəzi həssas nüvə obyektlərinə aviazərbələr endirməsindən sonra Tehran agentliklə bütün əməkdaşlığı dayandırıb.

Seçilən
42
veteninfo.az

1Mənbələr