30 günə yağ yandırmağa və əzələ artırmağa kömək edən 11 məhsul — Diyetoloq açıqladı
Əzələ kütləsinin artımı yalnız güc məşqləri və düzgün istirahətlə deyil, həm də qida rasionu ilə sıx bağlıdır. Orqanizmə kifayət qədər kalori ilə yanaşı, yüksək keyfiyyətli zülal da daxil olmalıdır.
Qaynarinfo xəbər verir ki, sertifikatlı diyetoloq Tara Kollinqvud "EatThis" nəşrinə açıqlamasında 11 zülalla zəngin məhsulu sadalayıb. Onların köməyi ilə artıq çəkidən qurtulmaq və əzələ kütləsini artırmaq cəmi 30 gün ərzində mümkündür.
1. Toyuq filesi – pəhriz üçün ən münasib, asan hazırlanır və tam dəyərli zülal mənbəyidir.
2. Yumurta – yüksək keyfiyyətli zülal və əzələ sintezi üçün vacib olan lösin amin turşusu ilə zəngindir.
3. Yunan yoqurtu – adi yoqurta nisbətən daha çox zülal və kalsium ehtiva edir. Yağsız və şəkərsiz variantları seçmək tövsiyə olunur.
4. Qızılbalıq – həm zülal, həm də omeqa-3 yağ turşuları ilə əzələ bərpasına kömək edir.
5. Pəhriz mal əti – zülal, dəmir və kreatinlə zəngin olub güc artımını dəstəkləyir.
6. Tuna balığı – az yağlı və rahat zülal mənbəyidir.
7. Kəsmik (pendir növü) – tərkibində gec həzm olunan kazein zülalı var, bu da əzələlərin gecə bərpasına kömək edir.
8. Tofu – vegeterian və veganlar üçün ideal, tam dəyərli bitki mənşəli zülal mənbəyidir.
9. Mərci – zülal və liflə zəngindir, həm salatlarda, həm də əsas yeməklərdə istifadə oluna bilər.
10. Kinoa – yüksək zülallı taxıl olub tam dəyərli amin turşularını ehtiva edir.
11. Protein tozu – məşqlər zamanı zülal ehtiyacını ödəmək üçün ən rahat əlavələrdən biridir (heyvani və ya bitki mənşəli ola bilər).