AZ

Messinin dublu "İnter Mayami"nin Liqa Kubokunun finalına yüksəltdi

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun yarımfinalında "Orlando" ilə görüşdə iki qol vurub.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma 3:1 hesabı ilə "İnter Mayami"nin xeyrinə başa çatıb. Messi 77-ci (penalti) və 88-ci dəqiqələrdə fərqlənib. Telasko Seqoviya da qol vurub (90+1). "Orlando"nun futbolçusu Marko Paşaliç fərqlənib (45+1).

Finalda “İnter Mayami” yarımfinalda" Los-Anceles" i 2:0 hesabı ilə məğlub edən “Seetl”lə qarşılaşacaq.

Seçilən
17
ucnoqta.az

1Mənbələr