Dünən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında Uqandanın xarici işlər üzrə dövlət naziri Con Mulimba və Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin qurum üzvləri ilə görüşü keçirilib.
Söhbət zamanı bildirilib ki, Uqanda Respublikasının hazırda Qoşulmama Hərəkatına sədrlik etməsi fonunda belə tədbirlərin təşkil olunması xüsusilə əhəmiyyət kəsb edir. İştirakçılar qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edərək gənclərin beynəlxalq proseslərdə daha fəal iştirakının vacibliyini vurğulayıblar. Nazir Con Mulimba çıxışında gənclərin təşkilati fəaliyyətlərdə iştirakı, onların qlobal çağırışlara verdiyi töhfələr və yeni təşəbbüslərin reallaşdırılmasında rolu barədə danışıb.
Görüş zamanı gənclərin müxtəlif mövzularda sualları cavablandırılıb, onların ideya və təşəbbüsləri dinlənilib.
XQ