Maykl Cordan və Kobi Brayantın imzalarını daşıyan unikal basketbol kartı "Heritage" hərracında 12,9 milyon dollara satılıb. Bu barədə “The Athletic” məlumat yayıb.
Satılan kart təkcə basketbol üzrə deyil, ümumiyyətlə dünya idman tarixi üzrə ən bahalı kolleksiya əşyası olub. Kartı tanınmış kolleksiyaçı "Shyne150" ləqəbli Metyu Allen, kanadalı investor Kevin O'Liri və Mayamidən olan sahibkar Pol Uorşou birlikdə əldə ediblər.
Mətləb