AZ

Avropa İnvestisiya Bankının nümayəndəsi ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Avropa İnvestisiya Bankının (AİB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin fəaliyyət müddəti başa çatmaqda olan rəhbəri Matsey Çura ilə görüşüb.

Görüşdə Matsey Çuraya əlaqələrin inkişafına verdiyi töhfələr üçün təşəkkür edilib, fəaliyyətində uğurlar arzulanıb.

Vurğulanıb ki, Azərbaycanın AİB-lə uzunmüddətli tərəfdaşlığı ölkəmizin iqtisadi inkişafı baxımından əhəmiyyət kəsb edir. Bildirilib ki, bankla infrastruktur, özəl sektora dəstək, rəqəmsal inkişaf və başqa istiqamətlər üzrə səmərəli tərəfdaşlıq həyata keçirilir.

Tərəflər sahibkarlığa dəstək, infrastruktur layihələri və digər istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsi haqqında müzakirə aparıblar.

Seçilən
8
1
vergiler.az

2Mənbələr