Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” ilkin mərhələ çərçivəsində bu gün ikinci oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu Şotlandiya təmsilçisi "PYF Saltires" ilə qarşılaşacaq.
Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda dünən baş tutan ilk matçda "Sparta Belfast"a (Şimali İrlandiya) 9:1 hesabı ilə qalib gəlib. “PYF Saltires” isə Avstriya çempionu “Ljuti Krajişniçi”ə 1:5 hesabı ilə yenilib. "Araz-Naxçıvan" qrupda son oyununu avqustun 30-da isə yerli komandaya qarşı keçirəcək.
19:00. PYF Saltires (Şotlandiya) - Araz-Naxçıvan
Hakimlər: Vladimir Sebek (Monteneqro), Qonçalo Felipe Santos Duarte (Portuqaliya), Aleksandar Vangelov (Bolqarıstan).
Time kepeer: Njeqos Vuçanoviç (Avstriya)
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya).
28 avqust. Linz. NMS İdman Sarayı.