AZ

Yevlaxda 16 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb


Yevlaxda mübahisə zəminində 2009-cu il təvəllüdlü H.Qasımovu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan mətbuata verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeys Yolçuyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Seçilən
34
baki-xeber.com

1Mənbələr