AZ

Prezidentin mesajı dəqiqdir: mövqeyimiz dəyişməzdir!


Mətləb Salahov: “Prezidentin müsahibəsi Azərbaycanın geosiyasi vizyonunu dəqiq şəkildə ortaya qoyur”

“Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Cənubi Qafqazda siyasi və iqtisadi baxımdan açar dövlət olan Azərbaycanın strateji mövqeyinin açıq bəyanıdır. Çünki Azərbaycan rəhbərinin müsahibəsində yer alan fikirlər, yalnız ölkənin mövqelərinin ifadəsi baxımından deyil, həm də beynəlxalq auditoriyaya ünvanlanan siyasi mesajlar baxımından olduqca qiymətli və sərrastdır. Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri, müasir dövrün aktual çağırışları ilə yanaşı, ötən əsrin əvvəllərində baş verən hadisələrin indiki regional nizamda doğurduğu nəticələr barədəki fikirlərdir. Prezidentin müsahibəsi Azərbaycanın geosiyasi vizyonunu dəqiq şəkildə ortaya qoyur: Zəngəzur dəhlizi yalnız Azərbaycanın iki hissəsini birləşdirməklə kifayətlənmir, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üçün yeni imkanlar açır”.
Bu fikirləri “Bakı Xəbər”ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, “Tramp marşrutu” və Araz dəhlizi kimi layihələr Azərbaycanın regional tranzit potensialını gücləndirir və iqtisadi inteqrasiyanı təşviq edir. “Müsahibə zamanı əsas diqqət çəkən məqamlardan biri Azərbaycanın layihələrin təhlükəsizliyinə və beynəlxalq zəmanətlərinə verdiyi önəmdir, bu da layihələrin yalnız texniki, deyil, siyasi və diplomatik aspektlərini də əhatə edir.
Bundan başqa Azərbaycan lideri İran və Rusiya ilə münasibətləri strateji həssaslıq kontekstində şərh edir ki, bu da olduqca aktual və həssas məsələdir. İranla əlaqələrdə Azərbaycan Prezidentinin vurğuladığı əsas məqam, dövlətlərarası münasibətlərin şəxsi əlaqələrdən və media spekulyasiyalarından üstün olmasıdır. Rusiya ilə əlaqələrdə isə mülki təyyarənin vurulması və bununla bağlı hadisələr Azərbaycanın beynəlxalq hüquqa, həmçinin öz vətəndaşlarının təhlükəsizliyinə önəm verdiyini göstərir. Azərbaycan Prezidentinin bu müsahibəsində beynəlxalq birliyə və bölgədə ciddi maraqları olan dövlətlərə əsas mesaj odur ki, rəsmi Bakı həmişə olduğu kimi yenə də təcavüzkar siyasətə qarşıdır, amma bununla yanaşı öz ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq gücündədir. Məncə Prezidentin müsahibəsində dilə gətirdiyi fikirlər həm də Cənubi Qafqazda maraqları olan qüvvələrə aydın və konkret mesajdır”.

Namiq Quliyev

Seçilən
1
baki-xeber.com

1Mənbələr