Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinin ikinci oyununda “Araz-Naxçıvan” bu gün Şotlandiyanın “PYF Saltires” kollektivi ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, Avstriyanın Linz şəhərində yerləşən NMS İdman Sarayında keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Qrupun digər matçında Şimali İrlandiyanın “Sparta Belfast” komandası yerli “Ljuti Krajişniçi” ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk oyununda “Sparta Belfast” üzərində 9:1 hesablı qələbə qazanıb. “PYF Saltires” isə “Ljuti Krajişniçi”yə 1:5 hesabı ilə məğlub olub.
28 avqust
“PYF Saltires” – “Araz-Naxçıvan”
NMS İdman Sarayı. Saat 19:00
Hakimlər: Vladimir Sebek (Monteneqro), Filipe Duarte (Portuqaliya), Aleksandar Vangelov (Bolqarıstan)
Timekeeper: Nyeqos Vuçanoviç (Avstriya)
Hakim-inspektor: Talal Daravşe (İsrail)
UEFA nümayəndəsi: Radek Lobo (Çexiya)