AZ

Pekində II Dünya müharibəsinin 80 illiyi: Putinin iştirakı gözlənilir – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri və Çin xalqının Yapon təcavüzünə qarşı Müqavimət Müharibəsində və II Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirakı iki ölkənin bu müharibələrin nəticələrini müdafiə etmək əzmini nümayiş etdirir. 

Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin köməkçi naziri Honq Ley jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Putinin Pekində keçiriləcək mərasimlərdə iştirakı Çin və Rusiya arasında yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığın yüksək səviyyəsini göstərir. Honq Ley qeyd edib ki, 80 il əvvəl Çin və Sovet İttifaqı Asiya və Avropada əsas döyüş meydanları olmuş və faşizmə qarşı mübarizədə böyük qurbanlar vermişdilər.

Diplomat həmçinin BMT-nin yaradılmasının da 80 illiyinin qeyd olunduğunu xatırladaraq, Çin və Rusiyanın BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı gücləndirəcəyini vurğulayıb.

Sentyabrın 3-də Pekində genişmiqyaslı hərbi parad keçiriləcək. Parad 70 dəqiqə davam edəcək və burada Çin Xalq Azadlıq Ordusunun ənənəvi qoşun növləri, yeni hərbi birləşmələr, raket texnologiyaları, tanklar, təyyarələr və pilotsuz sistemlər təqdim olunacaq. Tədbirdə Vladimir Putin, Çin Prezidenti Si Cinpin və digər ölkələrin liderləri iştirak edəcək. Çin hakimiyyəti belə mərasimləri 1949-cu ildən etibarən Tiananmen meydanında keçirir. Sonuncu dəfə bu cür tədbir 2019-cu ildə, Çin Xalq Respublikasının yaranmasının 70 illiyi münasibətilə təşkil olunmuşdu və təqribən 15 min nəfər iştirak etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
80
olaylar.az

1Mənbələr