AZ

Ballıqaya faciəsindən 32 il ötür: ermənilərin törətdiyi qanlı qətliam

1992-ci ilin 28 avqust tarixində Goranboy rayonunun Ballıqaya kəndində erməni terrorçu-quldur birləşmələri tərəfindən daha bir qanlı və amansız cinayət - Ballıqaya qətliamı törədilib.

QHT.az xəbər verir ki, 1992-ci ilin yay aylarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölglərində məskunlaşmış, yaxın qohumluq münasibələri olan 6 ailə heyvandarlıq üçün əlverişli olan Ballıqaya ərazidə məskunlaşmışdılar. 1992-ci ilə qədər Laçın rayonu Azərbaycanda heyvandarlığın yüksək inkişaf etdiyi rayonlardan biri sayılırdı, bu sahə rayonda əhalinin əsas məşğuliyyəti idi. 18 may 1992-ci il tarixdə Ermənistan Respublikasının silahlı birləşmələri tərəfindən Laçın rayonu işğal edildikdən sonra, rayonun əhalisi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Heyvandarlıqla məşğul olan rayon sakinləri daha çox bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məsunlaşmışdı. 1992-ci ilin avqust ayında Ballıqaya kəndində çadırda məskunlaşan Laçın rayon sakinləri də buraya bu məqsədlə gəlmişdilər.

Tarixdə Ballıqya qətliamı kimi tanınan hadisə 1992-ci ilin avqust ayının 28-də səhər saat 5 radələrində baş vermişdir. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 insanı amansızlıqla qətlə yetirmiş, 9 nəfəri isə ağır yaralamışdır. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Seçilən
37
qht.az

1Mənbələr