AZ

Putin Zelenski ilə buna görə görüşmək istəmir – İki məqam

"Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşmək ehtimalı azdır".

Olaylar.az xəbər verir ki, bu barədə "Politiko" nəşri yazıb.

"Bunun iki səbəbi var. Birincisi, Zelenski ilə yüksək səviyyəli görüş ona siyasi legitimlik verəcək. İkinci səbəb Rusiyanın ABŞ Prezidenti Donald Trampla qarşılıqlı əlaqə strategiyasından qaynaqlanır. Belə ki, Moskva görüş üçün öz şərtlərini irəli sürməklə, Ağ Ev rəhbərini Rusiyaya qarşı sərt addımlar atmağa təhrik etmək və sanksiyalar tətbiq etmək risklərindən qaçır", - deyə bildirilib.

Qeyd edək ki, bir müddətdir dünya liderləri Putin və Zelenskini görüşə çağırır. Hətta bəzi ölkələr bu baş tutmadığı halda, Kremli sanksiyalarla təhdid edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
1
olaylar.az

2Mənbələr