AZ

ChatGPT-yə valideyn nəzarəti olacaq

OpenAI 16 yaşlı bir gəncin intiharı ilə bağlı açılan məhkəmə işindən sonra ChatGPT üçün valideyn nəzarəti funksiyaları təqdim edəcəyini açıqlayıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, yeni xüsusiyyətlərə valideynlər üçün istifadə izləmə paneli və böhran anlarında əlaqə qurula biləcək təcili kontakt əlavə etmək imkanı daxildir.

Bu addım AI-nin psixoloji dəstək məqsədilə istifadəsi ilə bağlı artan narahatlıqlar fonunda atılıb.

ABŞ-də isə bir neçə ştat – o cümlədən Illinois – lisenziyalı terapevt olmadan AI ilə terapiya xidmətlərini qadağan edən qanun qəbul edib. Qanuna əsasən, süni intellekt yalnız inzibati işlərdə istifadə oluna bilər, birbaşa terapiya məqsədilə istifadəsi isə qadağandır.

Ekspertlər xəbərdarlıq edir ki, AI terapevtlərin yerini tuta bilməz və nəzarətsiz istifadəsi təhlükəli nəticələr doğura bilər.

Seçilən
3
far.az

1Mənbələr