"Erməni silahlı dəstələrinin törətdiyi Ballıqaya faciəsində 24 mülki azərbaycanlı, o cümlədən 6 azyaşlı uşaq və 93 yaşlı qadın amansızcasına qətlə yetirilib. Körpələr, qadınlar və qocalar belə bu vəhşilikdən qurtula bilməyib. Hadisə Qaradağlı, Xocalı, Ağdaban və Başlıbeldəki soyqırımların davamı, 2020-ci ildə Gəncə və Bərdəyə edilən raket hücumlarının isə sələfi olub".
QHT.az xəbər verir ki, bu sözləri Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu faciənin qisasını döyüş meydanında alıb. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, xalqımıza qarşı yönəlmiş bu qırğınlar heç vaxt unudulmayacaq və Ermənistan hüquqi müstəvidə də cavab verəcək.
Pərvanə Fərhadqızı