AZ

Kartda pulunuzu belə qoruyun: Kapital Bank rəsmisindən AÇIQLAMA

Mövzu ilə əlaqədar Kapital Bank-ın bank məhsullarına hüquqi dəstək şöbəsinin müdiri Ruslan Mürşidzadə Ajans.az-a  açıqlama verib. Ruslan Mürşidzadə Ajans.az-a bildirib ki,  vətəndaşlar dələduzluq hallarından qorunmaq üçün təhlükəsizlik qaydalarına diqqətli əməl etməlidirlər. Burada əsas problemi şifrələr və mobil tətbiqlər yaradır.  Ekspert söyləyib ki, istifadə edilən şifrələr daha çətin və qarışıq olmalıdır. Şəxs bir şifrəni eyni anda 4-5 tətbiqə istifadə edərsə, dələduzluq halları qaçılmazdır.  Həmçinin, telefona mobil tətbiq yükləyərkən də, rəsmi platformalar üzərindən yüklənməsi tövsiyə olunur. Qeyri-rəsmi proqramlar ilə virus yayılması, şəxsi məlumatların oğurlanması halları arta bilir. Belə olan halda, antivirus proqramlarının istifadəsi vacibdir. Lakin, rəsmi platformalar vətəndaşa daha çox güvən verir.  Ruslan Mürşidzadə onu da qeyd edib ki, online alış-veriş edən şəxslər digər yerə( şəxsə) məlumat ötürərkən diqqətli olsunlar. Bəzən tanınmayan saytlardan vətəndaşların telefonuna məlumatların qarşı tərəfə ötürmək məqsədilə mesajlar göndərilir. İnsanların çoxu da bunun  bank tərəfindən göndərildiyinə inanır və olanlar olur. 

Sonda o əlavə edib ki, heç bir bank sosial şəbəkə üzərindən vətəndaşdan özəl məlumatlar istəmir( vermir). Belə olan halda, bankın rəsmi nömrəsi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Seçilən
0
Ajans.az

1Mənbələr