Avqustun 28-i gecə Rusiya yenidən Ukrayna ərazisini hədəfə alıb.
Ukraynanın daxili işlər naziri İqor Klimenkonun açıqlamasına görə, Kiyevə edilən güclü hava hücumları nəticəsində dörd nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb. Ölənlər arasında iki uşaq var, xəsarət alanların isə beşi azyaşlıdır.
Nazir həmçinin bildirib ki, paytaxta hücum fasilələrlə birlikdə 9 saatdan çox davam edib və nəticədə yaşayış binaları ilə mülki infrastruktura ciddi zərər dəyib.