AZ

Kiyevə kütləvi raket zərbəsi - Ölənlər və yaralananlar var

Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynanı paytaxtı Kiyevə "Shahed" raketləri ilə zərbələr endirib.

Hafta.az xəbər verir ki, bu barədə UNİAN nəşri məlumat yayıb. Məlumata görə, beşmərtəbəli yaşayış binası, ticarət mərkəzi zərbələrə məruz qalıb. Rusiyanın Ukraynaya növbəti kütləvi zərbəsi nəticəsində biri uşaq olmaqla azı 10 nəfər həlak olub.

Kiyev Şəhər Dövlət Administrasiyasından bildirilib ki, xəsarət alanların sayı 48 nəfərə çatıb. Binanın dağıntıları altında hələ də insanlar ola bilər. Dağıntıların yığışdırılması və yanğının söndürülməsi işləri davam edir. Həmçinin dəmiryolu infrastrukturuna da ziyan dəyib. Mülki sərnişin vaqonları hədəfli hücuma məruz qalıb. Xüsusilə "Intercity+" yüksəksürətli qatarlara hücum edilib.

Eyni zamanda, Vinnitsa vilayətində mühüm infrastruktur obyektləri də hücuma məruz qalıb. Enerji obyektlərinə hücumlar nəticəsində 29 yaşayış məntəqəsində 60 min istehlakçının elektrik enerjisi kəsilib. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" hesabında hadisə ilə bağlı paylaşım edib.

"Rusiyanın bugünkü raket və dronlarla hücumu həftələrdir, aylardır atəşkəsə və real diplomatiyaya çağıran dünyadakı hər kəsə aydın cavabdır. Rusiya danışıqlar masasını deyil, ballistikanı seçir", - deyə Zelenski paylaşımda qeyd edib. O, həmçinin baş verənlərə Çindən reaksiya gözlədiyini də vurğulayıb. Çünki məhz Çin dəfələrlə müharibənin genişləndirilməməsi və atəşkəs çağırışı edib. Zelenski, eyni zamanda, Macarıstandan və sülhə çağırış edən bütün ölkələrdən də hadisəyə reaksiya verilməsini istəyib. "Biz dünyada sülhə çağıran hər kəsdən reaksiya gözləyirik", - deyə Ukrayna lideri qeyd edib.

Seçilən
20
hafta.az

1Mənbələr