AZ

Təqiblərə məruz qalan DÜNYA ULDUZLARI

Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzları ictimai diqqətə alışıblar, lakin bəzən ayrı-ayrı pərəstişkarları sərhədləri aşır. Bəzi hadisələr təbəssüm yaradır, hətta aktyorların özləri də sonradan buna gülürlər. Ancaq ürək titrədən hallar da var.

Hafta.az-ın bu məqaləsində təqiblə üzləşmiş bir neçə kino ulduzu barəsində danışacağıq:

Codi Foster

Ən dəhşətli hadisələrdən biri 1981-ci il martın 30-da baş verib. Həmin gün kiçik Con Hinkli ABŞ prezidenti Ronald Reyqana sui-qəsd etməyə cəhd göstərib. Ən təəccüblüsü odur ki, o, bunu nə dövlət başçısından, nə də ölkədəki vəziyyətdən xoşu gəlmədiyi üçün etməyib. Əksinə, o, gənc aktrisa Codi Fosteri heyran etmək istəyirmiş. Sən demə, Hinkli “Taksi sürücüsü” filminə baxdıqdan sonra Fosterə aşiq olubmuş.

Əvvəllər Foster Yel Universitetinə daxil olanda Hinkli onun ardınca Nyu-Heyvenə gedib. Uzun müddət onu təqib edir, məktublar yazır, telefon zəngləri edir, amma sevgisi qarşılıqsız qalır.

Sui-qəsd nəticəsində prezident və daha üç nəfər yaralanıb. Hinkliyə psixi xəstəlik diaqnozu qoyulur və psixiatrik xəstəxanaya yerləşdirilir.

Nikolas Keyc

Nikolas Keyc kino tarixinin ən qəribə iki təqibinin qurbanı olub. 1999-cu ildə "Gəzən Ölülər" trillerinin çəkilişləri zamanı onu təqib ediblər.

Tanınmayan kimsə birtəhər çəkiliş meydançasına girib əl-qol hərəkətləri edib. İstehsalçılar təhlükəsizliyi gücləndirməyə məcbur olublar.

Digər bir hadisə 2011-ci ildə səhər saat 2-də Orance Kuntidə baş verib və gecənin ortasında nəsə Keyci yuxudan oyadıb. Gözlərini açanda çarpayısının yanında dəri gödəkçəli çılpaq bir adamın dayanıb, eskimos yediyini görüb. Aktyor polisə zəng vursa da, tanımadığı şəxsə qarşı ittiham irəli sürməyib.

Sandra Bullok

2014-cü ilin iyun ayında Sandra Bullok çox qorxulu bir hadisə yaşayıb. Coşua Korbet ulduzun Bel-Airdə həyət divarını aşaraq onun evinə soxulub. Bundan əvvəl o, mütəmadi olaraq Bulloka məktublar göndərərək özünü onun əri adlandırırmış.

Xoşbəxtlikdən Bullok səs-küydən oyanıb və soyunub-geyinmə otağına girərək polisə zəng vurmağı bacarıb. Cinayətkarın evinə baxış zamanı çox sayda odlu silah və aktrisanın fotoları tapılıb.

Məhkəmə onun psixiatriya xəstəxanasında müalicəsini və aktrisaya yaxınlaşmasını qadağan edib. Bundan sonra o, şərti olaraq azadlığa buraxılsa da, bu şərtlərə əməl edə bilməyib. 2018-ci ilin may ayında polis Coşuanı həbs etmək üçün evinə gələndə o, özünü güllələyib.

Kira Naytli

Kira Naytli də çox qəribə təqiblərə məruz qalıb. 2017-ci ildə musiqiçi Mark Revill onu təqib etməyə başlayıb. O, aktrisanın evinə gələrək pişik kimi miyoldayaraq, onun diqqətini çəkməyə çalışıb.

Miyoldamadan əlavə, Revill aktrisaya pişiklər haqqında mahnılar və təbrik məktubları olan fleş disklər göndərirdi. Bəzilərinə belə hisslərin ifadəsi şirin görünsə də, o, sosial şəbəkədə özünü “ictimai cəllad” adlandırıb. Üstəlik, aktrisaya yazdığı mesajların çoxu təhdid xarakteri daşıyırdı.

Nəhayət, məhkəmə paranoid şizofreniya xəstəliyindən əziyyət çəkən Revilli qeyri-müəyyən müddətə məcburi müalicə üçün psixiatriya xəstəxanasına göndərib.

Seçilən
5
hafta.az

1Mənbələr