AZ

Azərbaycanda ən çox ziyarət olunan teatr və muzeylər — SİYAHI

Sentyabr ayından ölkəmizdə teatrların və muzeylərin yeni mövsümü başlayır. Yay fasiləsindən sonra tamaşaçılar yenidən səhnədə yeni tamaşaları, sərgilərdə isə maraqlı ekspozisiyaları izləmək imkanı qazanırlar. Bu dövrdə həm paytaxtda, həm də bölgələrdə ən çox ziyarət olunan teatr və muzeylər mədəniyyət həvəskarlarının diqqət mərkəzində olur.

Modern.az Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkəmizin ən çox ziyarət olunan teatr Akademik Milli Dram Teatrı, ən çox ziyarət olunan muzey isə Milli Azərbaycan Tarixi Muzeyidir. 

Ən çox ziyarət olunan teatrlar

Azərbaycan teatr mədəniyyətinə malik qədim ənənələrə sahibdir. Hal-hazırda ölkədə 29 teatr fəaliyyət göstərir. Onların sırasında 1 opera və balet teatrı, 19 dram, musiqili-dram və musiqili-komediya teatrı, 9 uşaq və gənclər teatrı yer alır.

Teatrlara olan maraq da diqqətəlayiqdir, tamaşaçıların ümumi sayı 419,1 min nəfərdir. Ən çox ziyarət olunan teatrlar sırasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilk beşlikdə yer tutur.

Ən çox ziyarət olunan muzeylər

Azərbaycanın zəngin tarixini və mədəniyyətini əks etdirən muzeylərin sayı 243-dür. Burada həm milli dəyərlər, həm də incəsənət nümunələri qorunur və sərgilənir. Ən çox ziyarət olunan muzeylər bunlardır:

Milli Azərbaycan Tarixi Muzeyi
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Azərbaycan Milli İncəsənət Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi

Seçilən
7
3
demokrat.az

4Mənbələr