AZ

Bakı məktəblərinin birinci siniflərinə 38 mindən çox müraciət qeydə alınıb

Avqustun 28-nə olan məlumata görə, 2025–2026-cı tədris ili üzrə paytaxt məktəblərinin birinci siniflərinə 38 814 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib. Bu barədə məlumatı Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. 

Elektron qeydiyyat prosesi sentyabrın 12-dək davam edəcək. Valideynlər qeydiyyatı www.mektebeqebul.edu.az platforması üzərindən həyata keçirə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə və ya 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Bu mərkəzlərdə qeydiyyat həftə içi saat 10:00-dan 17:00-a qədər aparılır.

Seçilən
3
1
anews.az

2Mənbələr