AZ

Putin, Szinpin, Kim Çen Çində böyük hərbi paradda birləşəcək Sky News

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şimali Koreya lideri Kim Çen In gələn həftə Pekində keçiriləcək, II Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş genişmiqyaslı hərbi paradda Çin Xalq Respublikasının sədri Si Szinpin və Rusiya prezidenti Vladimir Putinlə birgə iştirak edəcək. Putinin iştirakı artıq təsdiqlənib. O və Kim tədbirdə iştirak edəcək 26 xarici lider arasında olacaq, lakin ABŞ və ya Qərbi Avropa nümayəndələrinin gözlənilmədiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News” yazır.

Çin, Rusiya və Şimali Koreya yaxın müttəfiqlərdir. Pekin uzun müddətdir Pxenyanın ən böyük donoru və ticarət tərəfdaşı olaraq qalır, Kim isə öz növbəsində Rusiya prezidentinə Ukraynada müharibə üçün əsgərlər verir. "Kim Çen Inın Çinə nə vaxt və hansı müddətə gələcəyi hələlik məlum deyil. Gözlənilir ki, bu, onun son altı ildə ilk səfəri olacaq”, deyə məqalədə qeyd edilir. 

Çin Xarici İşlər Nazirinin köməkçisi Hun Ley bildirib ki, ölkə "şimali koreyalı lideri səmimi qarşılayır” və "iki hökumət arasında münasibətlərin qorunması, möhkəmləndirilməsi və inkişafı” prioritetdir.

Pekinin Putini qəbul etməklə hansı siqnal verdiyi barədə suala cavabında Ley bildirib ki, Rusiya prezidentinin xatirə tədbirlərində iştirakı "Çin və Rusiya arasında yeni dövrdə hərtərəfli strateji tərəfdaşlıq və koordinasiya səviyyəsinin yüksəkliyini bir daha nümayiş etdirir və Çinlə Rusiya arasındakı birlik və həmrəyliyi bəyan edir”.

Qeyd edək ki, Kim Çen In Ukraynaya qarşı vuruşmuş əsgərləri açıq şəkildə təltif edib. "Döyüşlər qəhrəman (Şimali Koreya) ordusunun gücünü sübut etdi”, deyə o bildirib.

Bundan əlavə, xəbər verilmişdi ki, Çinə həmçinin Hindistanın baş naziri də gələcək. Bununla Çin lideri ABŞ prezidenti Donald Trampın hakimiyyəti dövründə Cənub yarımkürəsi ölkələrinin həmrəyliyini nümayiş etdirmək istəyir.

Alpər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
qaynarinfo.az

1Mənbələr