AZ

Kiyevə kütləvi hava zərbələri: Zelenski dünyaya çağırış edib

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zərbələr nəticəsində 4 nəfər həlak olub: 20-dən çox insan yaralanıb

Rusiya ordusu Kiyevə kütləvi hava zərbələri endirib. Nəticədə 4 mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var. AYNA.AZ xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.

Nazir qeyd edib ki, Ukrayna paytaxtında silsilə güclü partlayışlar baş verib. Kiyevin bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir. Kiyevin Darnitski rayonunda ən azı altı obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib. Hava hücumu 9 saatdan çox davam edib.

“Hazırda Kiyevdə Rusiyanın hava zərbəsindən sonra yaşayış binasının dağıntıları təmizlənir. Təəssüf ki, səkkiz nəfərin öldüyü məlumdur. Onların arasında bir uşaq da var”. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Ukrayna lideri bildirib ki, dağıntılar altında insanlar ola bilər: 2Rusiyanın bu raketləri, hücum pilotsuz uçuş aparatları aylardır atəşkəs və real diplomatiya çağırışı edən hər kəsə açıq cavabdır. Rusiya danışıqlar masası üzərində ballistikanı seçir. Başverənlərə Çinin reaksiyasını gözləyirik. Çin dəfələrlə atəşkəsə və müharibəni genişləndirməməyə çağırıb. Biz Macarıstanın reaksiyasını gözləyirik. Uşaqların ölümü daha böyük emosiyalar doğurmalıdır. Biz dünyada sülhə çağıran hər kəsdən reaksiya gözləyirik”.

“Rusiyaya qarşı yeni sərt sanksiyaların vaxtıdır. Rusiya bu müharibənin hər zərbəsinə, hər gününə görə öz məsuliyyətini hiss etməlidir”, - deyə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
ayna.az

1Mənbələr