AZ

Böyük Britaniyada enerji xərcləri artırılacaq

Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniyada orta statistik ailənin enerji xərcləri oktyabr ayından etibarən 35 funt sterlinq bahalaşacaq.

AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, ölkənin enerji bazarlarını tənzimləyən “Ofgem” qurumu tariflərdə 2 faiz artım nəzərdə tutulduğunu bildirib. Bununla da illik orta hesabla enerji haqqı 1720 funtdan 1755-ə yüksələcək.

Əvvəllər aparılan proqnozlarda isə oktyabr ayından qiymətlərin təxminən eyni məbləğdə ucuzlaşacağı bildirilirdi. Ötən ay verilən açıqlamaya görə, aprel-iyun dövründə tətbiq olunan yuxarı hədd ilə müqayisədə enerji haqları təxminən 7 faiz azaldılmışdı. Bu dəyişiklik əsasən enerji topdansatış qiymətlərinin və təchizatçıların xərclərinin azalması ilə əlaqələndirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
4
yeniazerbaycan.com

5Mənbələr