sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"İnter"in futbolçusu Mehdi Taremi klubunu dəyişməyə yaxındır. Sport24.az insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, Milan təmsilçisi 33 yaşlı iranlını transferə çıxarıb.
İtaliya klubu futbolçuya görə artıq Yunanıstan çempionu "Olimpiakos"dan təklif də alıb. Klublar arasında razılıq əldə olunsa da futbolçu keçidlə bağlı fikrini bildirməyib.
Qeyd edək ki, iranlı forvard 2024/25 mövsümündə "İnter"in heyətində meydana çıxdığı 43 matçda 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.