AZ

2025-ci ilin ilk yarısında dəniz nəqliyyatı gəlirləri 130 milyon manatı ötüb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 130,079 milyon manat təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21,1 milyon manat və ya 19,4% çoxdur.

Yük daşımaları üzrə gəlirlər

  • Dəniz nəqliyyatı ilə yüklərin daşınmasından əldə edilən gəlirlər 129,9 milyon manat olub.
  • Bu, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 21,8 milyon manat və ya 20,1% artım deməkdir.
  • Ümumi gəlirin 126,8 milyon manatı xarici əlaqə, 3,123 milyon manatı isə kabotaj əlaqəsi üzrə yük daşımalarının payına düşüb.

Sərnişin daşımaları üzrə göstəricilər

  • 2025-ci ilin ilk 6 ayında dəniz nəqliyyatı ilə sərnişin daşımalarından cəmi 123 min manat gəlir əldə edilib.
  • Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 697 min manat və ya 6,7 dəfə azalma deməkdir.

Daşımaların həcmi

  • Yük daşımalarının həcmi 4,6 milyon ton təşkil edib (11,8% artım).
  • Sərnişin daşımalarının həcmi isə 12,8 min nəfər olub (4,5% azalma).

Fuad Mədətov
Finss.az

Seçilən
339
14
fins.az

10Mənbələr