AZ

“Prado” yolayrıcında “Niva”nı vurmaqdan belə yayındı ANBAAN VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov izləyicilərə şəhər daxilində sürücülərin qarşılaşdığı təhlükəli vəziyyətlər barədə danışaraq diqqətli olmağın vacibliyini vurğulayıb.

Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, qəzanın qarşısını almağın əsas yolu yol hərəkətində ehtiyatlı davranmaqdır:

“Bizim solumuzdan irəliləyən maşını əvvəlcədən görmüşdük, sürətlə gəlirdi. Biz isə qabaqda qaydaları pozaraq sola dönən avtomobili izləyirdik və bilirdik ki, solumuzdan irəliləyən avtomobil o sola dönən maşına görə qəfil sağa manevr etməli olacaq. Ona görə əvvəlcədən qazdan ayağımızı çəkdik. Nəticədə, solumuzdan gələn maşın boşluğa girə bildi və qəza olmadı. Əgər bu addımı atmasaydıq, toqquşma qaçılmaz olacaqdı”.

Aqil Rəhimov əlavə edib ki, sürücülər belə məqamlarda qaydalara əməl etməklə yanaşı, qarşı tərəfin hərəkətlərini də qabaqcadan analiz etməlidir:

“Belə nüanslar çox vaxt nəzərə alınmır, amma onlar qəzaya səbəb ola bilir. Şəhər içində yüzlərlə belə gizli təhlükə mövcuddur. Qəza əleyhinə kurslarda biz sürücülərə bu risklərin qarşısını almağın yollarını öyrədəcəyik”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
avtosfer.az

1Mənbələr